Rusiya səfiri Fransa XİN-ə çağırıldı

Rusiya səfiri Fransa XİN-ə çağırıldı
  05 May 2021    Oxunub:2029
Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. Bildirilib ki, səfirin XİN-ə çağırılması Rusiyanın avropalı diplomatlara qarşı sanksiyalar tətbiq etməsi ilə əlaqədardır.

Məlumata görə, görüşdə Rusiyanın diplomatik nümayəndəliklərdə əməkdaşların sayını azaltması qərarından narahatlıq ifadə olunub.

Qeyd edək ki, rəsmi Moskva Avropa İttifaqının 8 vətəndaşının Rusiyaya girişinə qadağa qoyub. Avropa Parlamentinin sədri David Sassoli, Avropa Komissiyasının vitse-prezidenti Vera Yurova da Rusiyanın "qara siyahısı"na salınıb.

Azvision.az


Teqlər: Rusiya   XİN   Fransa  





Xəbər lenti