Japarov yeni Konstitusiyanı imzaladı

Japarov yeni Konstitusiyanı imzaladı
  05 May 2021    Oxunub:1584
Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin yeni Konstitusiyasını imzalayıb.
Azvision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Yeni Konstitusiya məhz ölkəmiz üçün aktual olan çağırışlar nəzərə alınaraq yazılıb”, - Prezident vurğulayıb.

Dəyişikliklər Prezidentin səlahiyyətlərinin əhəmiyyətli dərəcədə artırılmasını, parlamentin hüquqlarının azaldılmasını və sayının 120 nəfərdən 90-a endirilməsini nəzərdə tutur.

Artıq prezidentin nazirlərin təyini və istefaya göndərilməsi imkanı daxil olmaqla, hökumət üzərində nəzarəti tam ələ alacağı qeyd edilib. Bundan əlavə, prezidentin bir dəfə altı il müddətinə deyil, iki dəfə beş illik seçilmək imkanı var.

Qeyd edək ki, yeni Konstitusiya üzrə referendum aprelin 11-də keçirilib. Səsvermədə iştirak edən vətəndaşların 79 faizi yeni Konstitusiyanın lehinə səs verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Konstitusiya   Qırğızıstan  





Xəbər lenti