Kaliforniyada asiyalı qadınlar bıçaqlandı

Kaliforniyada asiyalı qadınlar bıçaqlandı
  05 May 2021    Oxunub:1381
ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində bir kişi iki Asiya mənşəli qadını bıçaqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, kişi dayanacaqda avtobus gözləyən qadınlara yaxınlaşıb və onları bıçaqla vurub. Bundan sonra hadisə yerindən uzaqlaşıb.

Qadınlar xəstəxanaya aparılıb. Polis şübhəlini saxlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti