Putin sərhəddəki gərginliyi müzakirə edəcək

 Putin sərhəddəki gərginliyi müzakirə edəcək
  05 May 2021    Oxunub:2146
Rusiya lideri Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon Moskvada keçiriləcək görüşdə Tacikistanla Qırğızıstan sərhədindəki vəziyyəti müzakirə edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bəli, 8 mayda prezidentlər danışıqlar aparacaq. Sərhəddəki vəziyyətə toxunulacaq”, - Peskov vurğulayıb.

Xatırladaq ki, Rəhmon Moskvadakı Qırmızı Meydanda keçiriləcək qələbə paradında iştirak edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EmoməliRəhmon  





Xəbər lenti