Ermənistanda yoluxma sayı 218 minə yaxınlaşır

  05 May 2021    Oxunub : 1063
Ermənistanda yoluxma sayı 218 minə yaxınlaşır
Ermənistanda son sutka ərzində daha 493 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 217 900 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 13 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4178-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1029 nəfərdir. Aktiv xəstələrin sayı 11 134 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19