“Fransa Minsk qrupunun üzvü olması üçün mənəvi haqqını itirib” - Korotçenko

  05 May 2021    Oxunub :2872
 “Fransa Minsk qrupunun üzvü olması üçün mənəvi haqqını itirib” -   Korotçenko
“Çox vaxt Fransa prezidenti Emmanuel Makronun çıxışlarına qulaq asanda belə bir təəssürat yaranır - Makron dövlət kimi Fransanı təmsil edir, yoxsa Fransadakı erməni diasporunu? Bəlkə Fransa prezidenti deyil, Fransanın erməni birliyinin prezidentidir? Rəsmi Parisin siyasəti tamamilə destruktivdir”.
Azvision.az xəbər verir ki, bunu Rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. Onun sözlərinə görə, Fransanın Ermənistandakı radikal qüvvələri dəstəkləməsi təhlükəli haldır.

“Yaxın və Orta Şərq ölkələrindən olan erməni terrorçuları Ermənistana gəlib, orada leqallaşır. Təəssüf ki, onlar Yaxın Şərqdə məşhur olan terror texnologiyalarını özləri ilə gətirirlər. Erməni terror təşkilatları, Moskva metrosunda partlayış törədən erməni terrorçuları bizim yadımızdadır. Təəssüf ki, bu yanlış təcrübə indiyədək davam edir. Ona görə də, rəsmi Parisin Ermənistanın təhrik edilməsi, İrəvandakı radikal qüvvələrin dəstəklənməsi ilə bağlı siyasəti tamamilə destruktiv xarakter daşıyır. Fransa ATƏT-in Minsk qrupunun üzvü olması üçün mənəvi haqqını itirib”, - deyə rusiyalı ekspert rəsmi Parisin mövqeyini tənqid edib.

Tural Tağıyev
Azvision.az

Teqlər: Korotçenko   Fransa   Ermənistan