Netanyahu hökumət qura bilmədi

 Netanyahu hökumət qura bilmədi
  05 May 2021    Oxunub:1526
İsrailin Baş naziri Binyamin Netanyahunun yeni hökumətin formalaşdırılması üçün Prezident Reuven Rivlin tərəfindən ona verilən müddət başa çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Netanyahunun sədri olduğu “Likud” Partiyasının “Twitter” hesabında məlumat paylaşılıb.

Qeyd edilib ki, Netanyahunun 28 gün ərzində hökumət qurması üçün verilmiş müddət 5 mayda başa çatıb. Netanyahu ölkə rəhbərini hökumət qura bilməyəcəyi barədə məlumatlandırıb və mandatı prezidentə qaytarıb.

Xatırladaq ki, Rivlin ona koalisiya hökuməti qurması üçün əlavə iki həftə vaxt verə, yaxud hökumət qurma səlahiyyətini Netanyahunun rəqibinə həvalə edə və ya məsələni birbaşa Knessetə göndərə bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BinyaminNetanyahu  





Xəbər lenti