“Space” TV-yə yeni direktor təyin olundu

 “Space” TV-yə yeni direktor təyin olundu
  05 May 2021    Oxunub:2195
"Space" TV-də yeni direktor təyinatı olub.
Azvision.az -ın məlumatına görə, bu vəzifəyə Ülviyyə Mikayılova təyin edilib.

Qeyd edək ki, Ülviyyə Mikayılova Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir. O, “Addım-addım” proqramına rəhbərlik edib. 1998-ci ildən bugünədək bir sıra beynəlxalq qurumlar tərəfindən elan olunmuş müsabiqələrin qalibi olub. Rusiya Federasiyası, Orta Asiya və digər MDB, eləcə də Şərqi Avropa ölkələri və Monqolustanda təhsil üzrə məsləhətçi xidmətləri göstərib.

Azvision.az


Teqlər: Space   TV   Direktor  





Xəbər lenti