Türkiyədən Azərbaycana minatəmizləmə avadanlıqları gətirildi- VİDEO

   Türkiyədən Azərbaycana minatəmizləmə avadanlıqları gətirildi-    VİDEO
  05 May 2021    Oxunub:3219
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, həyata keçirilən fəaliyyətlər çərçivəsində Türkiyə Respublikasından alınan ən müasir mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Azərbaycana gətirilib.



Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqlardan yolların, yaşayış məntəqələrinin, əkin üçün yararlı sahələrin və digər yerlərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.





Azvision.az


Teqlər:





Xəbər lenti