Obama Rusiyanı boykot edir

Obama Rusiyanı boykot edir
  05 Mart 2014    Oxunub:1067
ABŞ prezidenti Barak Obama iyunda Rusiyanın Soçi şəhərində baş tutacaq “Böyük səkkizlər”in zirvə toplantısında qatılmaya bilər.
AzVision.az xəbər verir ki, Rusiya Krımla bağlı geri addım atmasa ABŞ prezidentinin həmin zirvəyə qatılmayacağı bildirilir.

Amerika mətbuatı da Obamanın G8 zirvəsini boykot edəcəyi ilə bağlı xəbərlər yayıb.

Qeyd edək ki, “Böyük səkkizlər” dünyanın ən inkişaf etmiş 8 ölkəsini özündə birləşdirir. Bunlar Fransa, Almaniya, İtaliya, İngiltərə, Yaponiya, Kanada, Rusiya və ABŞ-dır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti