Hindistanda COVID-19 antirekordu yeniləndi

Hindistanda COVID-19 antirekordu yeniləndi
  05 May 2021    Oxunub:2036
Hindistanda gündəlik koronavirus qurbanlarının sayı üzrə antirekord yenilənib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Dünəndən bəri həkimlər koronavirusa 338 439 yeni yoluxma aşkar edib, 3780 xəstə ölüb. Əvvəlki antirekord 2 may tarixində qeydə alınıb və virus qurbanlarının sayı 3689 nəfər olub", - məlumatda vurğulanıb.

Hindistan COVID-19 xəstələrinin sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir. Son məlumatlara görə, ölkədə 20,6 milyondan çox yoluxma qeydə alınıb. 16,9 milyondan çox insan sağalıb, 226 min nəfər vəfat edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti