Bakıda orta aylıq əməkhaqqı 900 manata çatıb

 Bakıda orta aylıq əməkhaqqı 900 manata çatıb
  05 May 2021    Oxunub:1922
Bu ilin yanvar-fevral ayında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 6,1% azalaraq 899,7 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar ayında paytaxt üzrə əməkhaqqı göstərici 901 manata bərabər olub.

Azvision.az


Teqlər: DSK  





Xəbər lenti