Myanmada partlayıcı qurğu hazırlayan deputat öldü

Myanmada partlayıcı qurğu hazırlayan deputat öldü
  05 May 2021    Oxunub:1992
Myanmanın Baqo bölgəsində baş vermiş partlayış nəticəsində ən azı beş nəfər ölüb, bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azvision.az xəbər verir ki, bu barədə "Global New Light Of Myanma" nəşri məlumat yayıb.

Partlayış baş verən ərazidə məftillər, batareyalar və zədələnmiş telefon, eləcə də onun hissələri aşkar edilib. İlkin ehtimala görə, ölənlər partlayıcı qurğu hazırlayırmış.

Hadisə nəticəsində həyatını itirənlərdən biri Milli Demokratik Qüvvələr partiyasından parlamentə seçilən deputatdır.

“The Irrawaddy” nəşrinin məlumatına əsasən, partlayış nəticəsində vətəndaş itaətsizliyi hərəkatına qoşulan üç polis məmuru ölüb, daha biri ağır yaralanıb.

Azvision.az


Teqlər: Myanma  





Xəbər lenti