“G7” nazirlərinin görüşündə koronavirus həyəcanı

“G7” nazirlərinin görüşündə koronavirus həyəcanı
  05 May 2021    Oxunub:2154
Böyük Britaniyada “G7” ölkələrinin xarici işlər nazirlərinin görüşündə qonaq qismində iştirak edən Hindistan nümayəndə heyəti özünü təcrid edib.
Azvision.az “Sky News”a istinadla xəbər verir ki, iki nümayəndənin koronavirusa yoluxmasından sonra bu addım atılıb.

Britaniyanın vaksinasiya məsələləri üzrə naziri Nadim Zahavi Hindistan nümayəndə heyətinin özünü təcrid etməsi barədə məlumatlı olmadığını deyib.

Dünən Britaniyanın daxili işlər naziri Priti Patel Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarla görüşüb. Hindistan nazirinin testi müsbət nəticə vermədiyi üçün britaniyalı nazir özünü təcrid etməyəcək.

“G7” nazirlərinin görüşündə Hindistan, Avstraliya, Cənubi Koreya, Cənubi Afrika və Cənub-Şərqi Asiya Dövlətlər Birliyinin nümayəndələri qonaq qismində iştirak edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan  





Xəbər lenti