Lavrov Paşinyanla görüşəcək

 Lavrov Paşinyanla görüşəcək
  05 May 2021    Oxunub:2424
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 5-6 may tarixlərində Ermənistana səfəri zamanı baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Lavrov Nikol Paşinyandan başqa xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla da görüşəcək.

"Lavrovun Ermənistana bu səfəri çoxşaxəli ikitərəfli əməkdaşlığın gücləndirilməsinə, bölgədə sülhün və sabitliyin qorunmasına yönəlmiş intensiv Rusiya-Ermənistan siyasi dialoqunun davamıdır", - deyə məlumatda bildirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: SergeyLavrov  





Xəbər lenti