Türkiyə Azərbaycana daha 5 MEMATT göndərib

 Türkiyə Azərbaycana daha 5 MEMATT göndərib
  05 May 2021    Oxunub:2578
Türkiyə Azərbaycana daha beş ədəd MEMATT minatəmizləmə avadanlığı göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat paylaşılıb.

“Nazirliyə bağlı olan ASFAT şirkəti tərəfindən istehsal olunan MEMATT minatəmizləmə avadanlığının Azərbaycana ixracına davam edirik. 5 avtomobildən ibarət ikinci partiyanın təhvil verilməsi başa çatdı. Beləliklə, bu günə qədər qardaşlarımıza 7 MEMATT təqdim edilib. Xeyirli olsun", - paylaşımda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MEMATT  





Xəbər lenti