İndiyədək 408 qaziyə əlillik təyin olunub

İndiyədək 408 qaziyə əlillik təyin olunub
  05 May 2021    Oxunub:2359
"Vətən Müharibəsində xəsarət alan qazilərdən artıq 408 nəfərə müvafiq əlillik dərəcələri təyin olunub. Hazırda proses davam edir".
Azvision.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.

O bildirib ki, qazilərə əlillik təyin olunması üçün ilk növbədə onlara Müdafiə Nazirliyinin Tibb idarəsi tərəfindən şəhadətnamə verilməlidir:

"Şəhadətnamədə travmanın, yaralanmanın müharibə səbəbi ilə əlaqəsi müəyyənləşdirilir və bu sənədə əsasən yekun mərhələ olaraq əlilliyin qiymətləndirilməsi aparılır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qazi   Əlillik  





Xəbər lenti