Şahzadə Filipin ölüm səbəbi açıqlandı

Şahzadə Filipin ölüm səbəbi açıqlandı
  05 May 2021    Oxunub:2267
Böyük Britaniya kraliçası II Yelizavetanın əri şahzadə Filipin rəsmi ölüm səbəbi qocalıq göstərilib.
Azvision.az xəbər verir ki, bu barədə “Telegraph” nəşri onun ölüm sənədinə istinadla xəbər yayıb.

Daha əvvəl kral ailəsi şahzadənin ölümünün səbəbini açıqlamamışdı. Ailənin həkimi sənədlərdə 99 yaşlı şahzadənin qocalıqdan öldüyünü göstərib. Ölümə səbəb olacaq başqa bir xəstəlik və ya zədə olmadığı qeyd edilib. Eyni zamanda, ölümündən bir neçə həftə əvvəl şahzadə ürək əməliyyatı keçirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ŞahzadəFilip  





Xəbər lenti