İrakli Qaribaşvili Heydər Əliyevin məzarını ziyarət edib

İrakli Qaribaşvili  Heydər Əliyevin məzarını ziyarət edib
  05 May 2021    Oxunub:2569
Ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Azvision.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Azvision.az


Teqlər: Gürcüstan   Heydər-Əliyev  





Xəbər lenti