“44 günlük müharibə aprel döyüşlərinin davamı idi” - Koçaryan

“44 günlük müharibə aprel döyüşlərinin davamı idi” -  Koçaryan
  05 May 2021    Oxunub:3113
Aprel müharibəsini araşdıran komissiyanın hesabatında hərbi prokurorluq, baş prokurorluq və istintaq orqanları tərəfindən öyrənilməli olan epizodlar var.
Azvision.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə komissiyasının sədri, “Mənim addımım” fraksiyasının deputatı Andranik Koçaryan bildirib.

Ermənistanın aprel müharibəsini qazanması, yaxud məğlub olması barədə sualı cavablandıran Koçaryan deyib:

“Serj Sarkisyan bildirib ki, qələbə çalıb. Lakin burada 1994-cü il atəşkəs razılaşmasının və demarkasiya xəttinin Azərbaycanın xeyrinə pozulması faktı var. İndi biz qələbə qazanmışıq, ya məğlub olmuşuq? Ermənistan, Rusiya və Azərbaycan arasında 1994-cü ildə əldə edilmiş üçtərəfli atəşkəs razılaşması pozuldu. Sual yaranır: o zaman niyə atəşkəs bağlamaq mümkün idi, amma indi yox. Hesab edirəm ki, istintaq komissiyası bu suala cavab verə biləcək.

Biz 2016-cı ildəki məğlubiyyətimizin və ya uğursuzluğumuzun əsas səbəblərini anlamağa çalışdıq: nə baş vermişdi? Müharibə dövründə tədarük çatışmazlığı olur, amma bu başqa bir məsələdir".

Bundan əlavə, Andranik Koçaryan 44 günlük müharibənin aprel döyüşlərinin davamı olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AndranikKoçaryan  





Xəbər lenti