Daha 2074 koronavirus xəstəsi sağaldı - 20 ölü

Daha 2074 koronavirus xəstəsi sağaldı -   20 ölü
  05 May 2021    Oxunub:2672
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1080 yeni yoluxma faktı qeydə alınıb, 2074 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 323 841 nəfər koronavirusa yoluxub. Onlardan 298 949 nəfər müalicə olunaraq sağalıb, 4617 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 20 275 nəfərdir.

Azərbaycanda son gün ərzində 10 701, hazırkı dövrədək isə 3 289 864 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti