“Azərbaycanın üç ermənini azad etməsini alqışlayırıq” - Blinken

“Azərbaycanın üç ermənini azad etməsini alqışlayırıq” -  Blinken
  05 May 2021    Oxunub:4091
ABŞ Azərbaycanın saxlanılan üç ermənini azad etməsini alqışlayır.
Azvision.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken "Twitter" hesabında yazıb.

"Biz hər iki tərəfi əsirlər, saxlanılanlar və qalıqlarla bağlı mübadilə müddətini tam və sürətlə başa çatdırmağı və saxlanılanlarla insani rəftarı təmin etmək öhdəliklərinə hörmət göstərməyə çağırırıq", - dövlət katibi bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq üç erməni hərbçi ölkəsinə qaytarılıb. İrəvana göndərilən hərbçilər Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır. Onlar 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda tərksilah edilərək saxlanılmışdılar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EntoniBlinken   ABŞ  





Xəbər lenti