İradə Cavadova və Şəhla Hümbətovanın fəaliyyətinə icazə verildi

  İradə Cavadova və Şəhla Hümbətovanın fəaliyyətinə icazə verildi
  05 May 2021    Oxunub:2995
Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Bu barədə Azvision.az -a Vəkillər Kollegiyasından məlumat verilib.

İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, vəkillərin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə vəkil qurumlarının maddi-texniki bazasının gücləndirilməsi, tikinti-təmir işlərinin aparılması ilə əlaqəli görülən işlər barədə məlumat verib, bəzi məsələlər müzakirə edilib.

Rəyasət Heyətinin iclasında vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.

O cümlədən, iclasda “COVID-19” virusuna yoluxan, xəstəlikdən əziyyət çəkən və Kollegiyaya müraciət edən vəkillərin müraciətlərinə baxılıb, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

İclasda həmçinin Ramazan bayramı ərəfəsində humanizm prinsipi rəhbər tutularaq İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlının vəkillik fəaliyyəti dayandırılaraq vəkillər kollegiyasının üzvlüyündən xaric olunma barədə məhkəməyə edilən iddialardan imtina edilərək fəaliyyətlərinin bərpa olunmaları ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Sonda VK-nın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.

Azvision.az


Teqlər: VəkillərKollegiyası  





Xəbər lenti