Komissiyanın tərkibi dəyişdi - SİYAHI

   Komissiyanın tərkibi dəyişdi -    SİYAHI
  05 May 2021    Oxunub:2528
Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Komissiyanın həmsədri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Sərəncama əsasən, Azərbaycan Xarici İşlər Nazirliyi dəyişiklik barədə Avstriya tərəfinə bildiriş göndərməlidir.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti