Qırğızıstan prezident idarəçiliyinə keçdi, hökumət istefa verdi

Qırğızıstan prezident idarəçiliyinə keçdi,    hökumət istefa verdi
  06 May 2021    Oxunub:2333
Aprelin 11-də Qırğızıstan Konstitusiyasının dəyişdirilməsi üzrə keçirilən referendumun qüvvəyə minməsi ilə əlaqədar ölkə mayın 5-dən prezident idarəçilik formasına keçib, hökumət istefa verib.
Azvision.az xəbər verir ki, bununla əlaqədar Qırğızıstan Prezidenti Sadır Japarov yeni hökumətin formalaşdırılması barədə fərmanlar imzalayıb.

Sadır Japarovun Fərmanı ilə Ulukbek Maripov Qırğızıstanın Baş naziri, Artyom Novikov Baş nazirin birinci müavini, Jıldız Bakaşova, Azamat Dıykanbayev və Ulukbek Karmışakov Baş nazirin müavinləri təyin olunublar.

Prezident Nazirlər Kabinetinin yeni strukturunu da təsdiqləyib. Hökumətin formalaşdırılması davam edir.

Azvision.az


Teqlər: Qırğızıstan  





Xəbər lenti