Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət edib

Miqrasiya Xidmətinin əməkdaşları şəhid ailəsini ziyarət edib
  06 May 2021    Oxunub:2564
Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları Vətən müharibəsinin yeganə qadın hərbçi şəhidi Arəstə Baxışovanın doğum günü münasibətilə ailəsini ziyarət ediblər.
DMX-dən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının daim qəlblərdə yaşayacaqları, xatirələrinin əziz tutulacağı vurğulanıb.

Şəhidin anası ailəyə göstərilən xüsusi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Daha sonra Arəstə Baxışovanın məzarı ziyarət olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə Baxışova Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararkən şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azvision.az



Teqlər: MiqrasiyaXidməti  





Xəbər lenti