Türkiyədə koronavirusla bağlı son vəziyyət

   Türkiyədə koronavirusla bağlı son vəziyyət
  06 May 2021    Oxunub:2536
Türkiyədə son sutka ərzində 356 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 26 min 476 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 955 min 594, pandemiya qurbanlarının sayı isə 41 min 883 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 589 min 501 pasiyent (son sutkada 35 min 464 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti