Həmsədrlər Azərbaycanın erməni hərbçiləri qaytarmasını alqışladılar

 Həmsədrlər Azərbaycanın erməni hərbçiləri qaytarmasını alqışladılar
  06 May 2021    Oxunub:3603
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan tərəfinin erməni hərbi qulluqçular - Robert Vardanyan, Samvel Şuxyanın və Seran Tamrazyanı geri qaytarmasını alqışlayıblar.
Bu barədə Minsk qrupu həmsədrlərinin - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) bəyanatında bildirilib.

Həmsədrlər hər iki tərəfi əsirlərin, müharibə zamanı həlak olanların meyitlərini qarşılıqlı formada qaytarılması prosesini tamamilə və operativ şəkildə başa çatdırmağa çağırıblar.

Azvision.az


Teqlər: ATƏT  





Xəbər lenti