Sərhəd qarşıdurmasında ölənlərin sayı artdı

 Sərhəd qarşıdurmasında ölənlərin sayı artdı
  06 May 2021    Oxunub:1665
Qırğızıstan-Tacikistan sərhədindəki atışmalarda qırğız tərəfdən ölənlərin sayı 55 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaralananların sayı 183 nəfərdir.

Tacikistanda isə münaqişə nəticəsində 19 nəfər ölüb, 88 vətəndaş yaralanıb. Qırğızıstan və Tacikistan qarşıdurmanın başlanmasına görə bir-birlərini ittiham edirlər.

Qırğızıstanın Baş prokurorluğu Tacikistana müxtəlif maddələrlə 11, Tacikistanın Baş prokurorluğu isə Qırğızıstana bir neçə maddə ilə cinayət işi açıb. Qarşılıqlı ittihamların fonunda mayın ortalarında Qırğızıstan Prezidenti Sadır Japarovun Tacikistana səfəri nəzərdə tutulub.

Azvision.az


Teqlər: Qırğızıstan   Tacikistan  





Xəbər lenti