Hindistan koronavirus antirekordunu yenilədi

Hindistan koronavirus antirekordunu yenilədi
  06 May 2021    Oxunub:1301
Hindistan koronavirus infeksiyasına yoluxma sayında antirekordunu yeniləyib.
Azvision.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son bir gündə virusa 412,2 min yeni yoluxma aşkar edilib.

Daha bir antirekord xəstəlikdən ölənlərin sayında qeydə alınıb. Belə ki, son sutkada Hindistanda virusa yoluxmuş 3980 nəfər dünyasını dəyişib.

Hindistan koronavirusa yoluxma hallarının sayına görə dünyada ikinci yerdədir. Səhiyyə Nazirliyinin son məlumatına əsasən, Hindistanda COVİD xəstələrinin ümumi sayı 21 milyon nəfəri keçib. 17,2 milyondan çox xəstə sağalıb, 230 min nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti