Dünyada COVID-19-la bağlı son vəziyyət

 Dünyada COVID-19-la bağlı son vəziyyət
  06 May 2021    Oxunub:1930
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 155 milyon 840 min 157 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 2455min 494 nəfərdir. İndiyədək 133 milyon 295 min 626 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 321 244 nəfər virusa yoluxub, 593 148 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 21 077 410 nəfərdə virus aşkar edilib. Xəstələrdən 230 168 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 936 464 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 414 645 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 706 378 yoluxma, 105 631 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 4 955 594 nəfər virusa yoluxub ki, onlardan 41 883-ü ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti