Ter-Petrosyan sabiq prezidentləri Paşinyana qarşı birləşməyə çağırdı

 Ter-Petrosyan sabiq prezidentləri Paşinyana qarşı birləşməyə çağırdı
  06 May 2021    Oxunub:2310
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan ölkədə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı açıqlama verib.

Azvision.az xəbər verir ki, sabiq prezident hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın maraqlarına zidd təkliflə çıxış edib. Belə ki, Ter-Petrosyan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanı birləşməyə, ortaya vahid siyahı qoymağa çağırıb.
"Onun bu təklifi cəlbedici görünsə də, Koçaryanın ofisindən Levon Ter-Petrosyanın görmək istədiyi formatın qeyri-real olması barədə açıqlama gəlib. Koçaryanın ofis rəhbəri Viktor Soqomonyanın açıqlamasında deyilir ki, biz artıq yaxın gələcəkdə keçiriləcək növbəti seçkilərdə iştirak üçün başqa bir format seçmişik", - deyə erməni KİV-ləri yazıb.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Tural Tağıyev
Azvision.az


Teqlər: Seçki   Koçaryan  





Xəbər lenti