Rusiya Krıma 6 milyard ayıracaq

Rusiya Krıma 6 milyard ayıracaq
  05 Mart 2014    Oxunub:946
Rusiya Krıma 6 milyard dollar məbləğində yardım edəcək.
Bu haqda məlumatı Rusiyanın Federasiya Şurasının rəhbəri Yevgeni Buşmin verib. Onun sözlərinə görə, bu barədə qərar Krım rəsmilərinin onlara müraciət etməsindən sonra verilib. Rusiya mətbuatının yazdığına görə, Moskva sözügedən məbləğin bir milyardını nəğd pul şəklində Krıma təqdim edəcək.

Qalan 5 milyard dollar isə sərmayə formasında müxtəlif sahələrə qoyulacaq. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də Krıma irimiqyaslı maliyyə yardımının göstəriləcəyi ilə bağlı bəyanat səsləndirmişdi. O bildirmişdi ki, Moskva Krımdakı rusların rifah halının yaxşılaşdırılması üçün maksimum səy göstərəcək.


Teqlər:





Xəbər lenti