Almaniyada virusdan ölənlərin sayı 84 mini ötdü

Almaniyada virusdan ölənlərin sayı 84 mini ötdü
  06 May 2021    Oxunub:1566
Almaniyada son sutka ərzində 21 953 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. Bildirilib ki, son sutkada daha 250 nəfər virusun qurbanı olub.

Epidemiyanın başlanmasından bu günədək Almaniyada 3 473 503 nəfər koronavirusa yoluxub, 84 126 xəstə ölüb. Ümumilikdə isə təxminən üç milyondan çox insan COVID-19-dan sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti