“Qazançı” kilsəsi əcdadlarımızın bizə qalan mirasıdır”

“Qazançı” kilsəsi əcdadlarımızın bizə qalan mirasıdır”
  06 May 2021    Oxunub:4285
“Azərbaycanda vətəndaşların dini etiqad azadlığı onlara tanınan konstitusion hüquqdur”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bu gün dini mənsubiyyətindən asılı olamayaraq bütün vətəndaşlarımız öz dini ritual və mərasimlərini azad şəkildə yerinə yetirə bilirlər. Azərbaycanın multikultural ölkə olduğunu xatırladan Hikmət Babaoğlu bu zənginliyin içərisində fərqli dini və etnik mədəniyyətlərin mövcudluğunu xatırladıb:

“Ona görə də “Qazançı” kilsəsinin təmir olunması və ibadətə hazır vəziyyətə gəltirilməsi ölkəmizin dini və irqi fərq qoymadan bütün vətəndaşlara bərabər yanaşmasının göstəricisidir. Bu məsələnin yalnız bir tərəfidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda mövcud olan xristian dini abidələrin mütləq əksəriyyəti başqa bir xalqa deyil, bizim xristian əcdadlarımıza məxsusdur. Axı biz 4-7-ci əsrlərdə xristian dinini hətta dövlət səviyyəsində qəbul etmiş xalqıq. Bu bizim qüsurumuz deyil, tam əksinə dinə mütərəqqi yanaşmamızdır. 4-cü əsrdə İslam din kimi mövcud deyildi. Ona görə də biz dini-ideologiya kimi xristianlığı mənimsədik. 650-ci ildən sonra isə İslam dinini qəbul etdik.

Hazırda adından da göründüyü kimi “Qazançı” kilsəsi xristian türklərin, yəni xristian əcdadlarımızın bizə qalan mirasıdır. Sonralar “hay”lar Azərbaycana köçürülərkən bizim xristian abidələrimizə sahib çıxmaqla dini tariximizi də saxtalaşdırdılar. Ona görə əslində biz həm dini tolerantlıq nümunəsi kimi həmin abidələrə öz münasibətimizi onları bərpa etməklə göstərir, həm də xristian mədəniyyətinə ehtiram etdiyimizin nümunəsini ortaya qoyuruq. Qoy bu fərqli mədəniyyətləri xor görənlərə bir dərs olsun”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qazançı   Multikultural  





Xəbər lenti