Qarabağdakı yeni hava limanları niyə əhəmiyyətlidir? - RƏY

Qarabağdakı yeni hava limanları niyə əhəmiyyətlidir? -  RƏY
  06 May 2021    Oxunub:2879
"İşğaldan azad olunan ərazilərimizdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli Hava Limanı bu ilin payızında istifadəyə veriləcək. Cənab Prezident İlham Əliyevin iştirakı ilə ötən həftə Zəngilan hava limanının təməl qoyma mərasimi keçirildi. Laçında hava limanının inşaatı üçün yer seçimi yekunlaşmaq üzrədir".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, ona ən çox müraciət edilən suallardan biri də həmin bölgəmizdə nə üçün 3 hava limanına ehtiyacın olması barədədir. Onun sözlərinə görə, iqtisadi qiymətləndirmələr göstərir ki, işğaldan azad olunan ərazilərimizdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq.

"Füzuli Hava Limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Sözügedən hava limanı "Zəfər yolu"na inteqrasiya olunduğundan turist səfərləri asanlaşdıracaq. Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yük daşımaları baxımından Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan ilə Füzuli Hava Limanının iqtisadi göstəriciləri demək olar eynidir. Hava limanıarı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək.

Laçın Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımından vacibdir. Laçının strateji əhəmiyyətini nəzərə aldıqda, həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən, ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır", - deyə Vüqar Bayramov qeyd edib.

Azvision.az


Teqlər: Zəngilan   Füzuli   Laçın   Hava-limanı   Təyyarə  





Xəbər lenti