DSMF-dən Cəlilabad sakininin şikayətinə münasibət
"Həmin vaxt pandemiya ilə bağlı sərt karantin rejimi olduğuna görə ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmadan yardım təyin olunmuşdu. Lakin sonradan müəyyən olundu ki, o, yardım üçün müraciət edərkən ailənin mülkiyyətində pay torpağı olduğunu qeyd etməyib. Qanunla belə hallarda (yəni ailənin əmlakı barədə məlumatlar müraciət zamanı qeyd edilmədiyi hallarda) yardım təyin oluna bilməz.
Ona görə də Təyyar Səfərovun ailəsinə ödənilən sosial yardım dayandırılıb. Lakin Təyyar Səfərov elektron qaydada yenidən müraciət edərək, ailəsinin torpaq payı barədə məlumatları ərizə bəyannamədə qeyd edərsə, ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun yaranıb-yaranmamasına baxılacaq", - deyə DSMF-nin açıqlamasında bildirilib.
Azvision.az
Teqlər: DSMF