“Qaribaşvilinin Azərbaycana səfəri çox faydalı oldu” - XİN başçısı

   “Qaribaşvilinin Azərbaycana səfəri çox faydalı oldu” -    XİN başçısı
  06 May 2021    Oxunub:2606
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri çox faydalı və məhsuldar keçib.
Azvision.az xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib. Onun sözlərinə görə, səfər zamanı aparılan danışıqlar çox səmərəli olub.

“Azərbaycan Prezidenti İlham Əliyevlə Baş nazir İrakli Qaribaşvili arasında aparılan danışıqlar onu deməyə əsas verir ki, bizim əməkdaşlığımız daha da dərinləşəcək. Bu səfər bizim strateji tərəfdaşlığımıza keyfiyyətcə yeni təkan verəcək”, -deyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanda səfərdə olub.

Azvision.az


Teqlər: DavidZalkaliani  



Xəbər lenti