TƏBİB-dən “Hindistan ştammı” ilə bağlı açıqlama

  TƏBİB-dən “Hindistan ştammı” ilə bağlı açıqlama
  06 May 2021    Oxunub:2899
Dünya üzrə koronavirusa yoluxanların sayı 155 milyon nəfəri keçib, bu xəstəlik səbəbindən 3 milyondan çox insan həyatını itirib. Gündəlik 800 mindən çox yeni yoluxma aşkarlanır. Son həftələr Hindistandan narahatedici məlumatlar daxil olur. Bu ölkədə yoluxma və ölüm saylarında hər gün yeni rekord qeydə alınır. Hindistanda virusun yeni ştammı aşkar olunub.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, mutasiyalar viruslara xas olan xüsusiyyətdir.

“Hindistanda aşkarlanan ştammın xəstəliyin gedişatında ağırlaşmaya səbəb olması barədə araşdırma aparılmayıb. Ölkəmizdə bu cür testlərin aparılması üçün lazımi laboratoriyalar var. Yeni məlumatlar olan zaman bu barədə bildiriləcək”, - deyə TƏBİB rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Hindistan-ştammı  






Xəbər lenti