Rayonlarda koronavirusla bağlı vəziyyət stabildir - RƏSMİ

   Rayonlarda koronavirusla bağlı vəziyyət stabildir -    RƏSMİ
  06 May 2021    Oxunub:2064
Bu gün kəskin karantin rejiminə getmədən, bəzi aktivlikləri saxlayaraq yeni yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə edilir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, bu gün yoluxma əmsalı 10 faizə yaxınlaşır:

“Bu yaxşı nəticədir. Ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır. Müsbət dinamika mövcuddur. Bu da qaydalara əməl etməklə və aparılan tədbirlərlə əldə olunub. Ən çox yoluxma yenə də 30-59 yaş arası qruplarda müşahidə edilir. Ölkə ərazisində ən çox yoluxma 54 faizlə Bakı şəhərindədir. Bakının Binəqədi və Xətai rayonlarında koronavirusa yeni yoluxanların sayı hər zaman yüksək olub. Rayonlarda isə koronavirusla bağlı vəziyyət stabildir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Rayon   Koronavirus  






Xəbər lenti