Peyvənd olunmayan şəxslər xaricə gedə bilməz? - AÇIQLAMA

 Peyvənd olunmayan şəxslər xaricə gedə bilməz? -    AÇIQLAMA
  06 May 2021    Oxunub:8143
Müəyyən səbəblərdən peyvənd olunması tövsiyə edilməyən şəxslərlə bağlı hələ heç bir qərar yoxdur.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

TƏBİB rəsmis bildirib ki, onların ölkə xaricinə çıxış qaydalarına dair məsələ gündəmdə deyil:

“Bu gün bütün dünyada ölkələr arasında gediş-gəliş PZR testi əsasında aparılır. Ölkəyə giriş-çıxış qaydaları bəllidir. Hələ heç bir qərar qəbul edilmədiyi üçün nəsə demək mümkün deyil. Sərhədlər də bağlıdır. Gələcəkdə hansı qərarlar veriləcəksə, bu barədə yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB  





Xəbər lenti