Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir

Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir
  06 May 2021    Oxunub:2497
Qarşıdan gələn bayramlarla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri 10, 11, 12 və 15 may tarixlərində gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilərlər.



Azvision.az


Teqlər: Gömrük   Komitə  





Xəbər lenti