FIDE dünya çempionatının vaxtını dəyişməyəcək

FIDE dünya çempionatının vaxtını dəyişməyəcək
  06 May 2021    Oxunub:2311
FIDE şahmat tacı uğrunda norveçli Maqnus Karlsen və rusiyalı Yan Nepomnyaşi arasında keçiriləcək qarşılaşmanın vaxtını dəyişdirməyi planlaşdırmır.
Azvision.az xəbər verir ki, bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç jurnalistlərə açıqlamasında deyib. O, şahmat tacı uğrunda görüşə hazırlıq işlərinin artıq başladığını bildirib.

Qarşılaşma noyabrın 24-dən dekabrın 16-dək Dubayda təşkil olunacaq Ümumdünya Sərgisi çərçivəsində keçiriləcək.

Xatırladaq ki, Yekaterinburqda keçirilmiş iddiaçılar turnirində qalib gələn Rusiya təmsilçisi Yan Nepomnyaşi şahmat tacı uğrunda görüşdə iştirak hüququ qazanıb.

Azvision.az



Teqlər: şahmat  





Xəbər lenti