“Azərbaycanla birgə layihələri davam etdirəcəyik” - Qaribaşvili

 “Azərbaycanla birgə layihələri davam etdirəcəyik” -   Qaribaşvili
  06 May 2021    Oxunub:2339
Gürcüstan və Azərbaycan birgə regional layihələr həyata keçirməyi davam etdirəcək.

Azvision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili özünün “Facebook” səhifəsində Azərbaycana səfərinin nəticələri ilə bağlı şərhində yazıb.
Baş nazir qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə strateji tərəfdaşlıq və dostluq münasibətlərimizi müzakirə etdik. Bu görüşdə biz birgə səylərlə reallaşdırılan uğurlu regional layihələri xüsusi vurğuladıq”.

Ölkələrimizin birlikdə önəmli layihələr həyata keçirdiyini yazan İ.Qaribaşvili vurğulayıb: “Biz bunu davam etdirmək niyyətindəyik. Münasibətlərimizi daha da möhkəmləndirəcək birgə layihələr reallaşdıracağıq”.

Bundan əlavə, İrakli Qaribaşvili Bakıda səmimi qəbula görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Azvision.az


Teqlər: İrakliQaribaşvili  





Xəbər lenti