Ukrayna NATO-ya daxil olmaq istəyir
Qanunun 6-cı maddəsində Ukraynanın milli prioritetlərindən biri kimi “avroatlantik məkana” inteqrasiya olunması təklif olunur. Təhlükəsizlik sahəsindəki dövlət siyasətində “Avropa Birliyinə üzvlüyə nail olmaq”la yanaşı “Şimali Atlantika Müqaviləsi Təşkilatına” üzvlük də təklif olunur.
Xatlırladaq ki, qanun layihəsini hazırda iqtidara gələn “Batkovşina” partiyasından olan deputatlar: Valentin Korolyuk, Aleksandr Çornovolenko və Boris Tarasyuk təklif ediblər. Müəlliflərdən Tarasyuk əvvəllər Ukraynanın NATO-dakı missiya rəhbəri və Xarici İşlər naziri kimi çalışıb. Yeni formalaşan hökumətdə onun baş nazirini Avropa inteqrasiya məsələləri üzrə müavin kimi çalışacağı təsdiq olunub.
Vüqar İsmayılov