Koçaryan 9 mayda mitinq keçirəcək

Koçaryan 9 mayda mitinq keçirəcək
  07 May 2021    Oxunub:1896
Ermənistanın sabiq prezidenti Robert Koçaryan “ARF Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyaları ilə birlikdə 9 may tarixində İrəvanın Azadlıq meydanında ilk mitinqini keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Koçaryan 20 iyun növbədənkənar parlament seçkilərində qeyd edilən partiyalar blokuna rəhbərlik edəcək. Blok qarşıdan gələn mitinqi elan edən video yayımlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  





Xəbər lenti