Vəkil Nikol Paşinyanı məhkəməyə verdi

  07 May 2021    Oxunub :1130
 Vəkil Nikol Paşinyanı məhkəməyə verdi
Ermənistanda vəkil Tiqran Atanesyan ölkənin baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı məhkəməyə verib.
Azvision.az xəbər verir ki, bu barədə “Datalex” məhkəmə informasiya sisteminin saytında məlumat yer alıb.

Vəkil hesab edir ki, hökumətin istefasını qəbul edən prezident fərmanının 25 aprel tarixində yayımlanmasından sonra Paşinyanın baş nazir vəzifəsində qalmasının qanuni əsasları yoxdur. O, məhkəmədən Paşinyanın baş nazir vəzifəsini yerinə yetirməsi üçün qanuni əsasların olmamasını tanımağı tələb edir.

İşə hakim Qriqor Arakelyan baxacaq.


(Vəkil Tiqran Atanesyan)

Pərvanə Sultanova
Azvision.az

Teqlər: NikolPaşinyan