“İTİ QOVAN” PUA-ları Ordumuzun istifadəsinə verildi
Nazir bildirib ki, gərgin döyüşlərin getdiyi dövrdə birlik və müəssisələr fasiləsiz iş rejimində çalışıblar:
"Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılmışdı. İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə “İTİQOVAN” yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir".
Azvision.az
Teqlər: Nazir Mədət-Quliyev MSN PUA İTİQOVAN