Azərbaycan bu silahları istehsal edən azsaylı ölkələrdəndir

 Azərbaycan bu silahları istehsal edən azsaylı ölkələrdəndir
  07 May 2021    Oxunub:1870
Bu gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki birlik və müəssisələr tərəfindən müxtəlif çeşiddə silah-sursat və hərbi texnika istehsal edilir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, müdafiə sənayesi naziri Mədət Quliyev "Respublika" qəzetində dərc olunan məqaləsində bildirib.

Nazir qeyd edib ki, Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir.

"Bundan başqa, biz aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılmasını və mənimsənilməsini də həyata keçiririk", - deyə M.Quliyev vurğulayıb.

Azvision.az


Teqlər: MSN   Nazir   Mədət-Quliyev  





Xəbər lenti