Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur

Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur
  07 May 2021    Oxunub:2111
Ermənistanda keçmiş hərbçi vətənə xəyanətdə və casusluqda ittiham olunur.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Artur Davtyan deyib.

"O sıravi deyil, amma hərbçidir. Xəyanət faktı ilə bağlı cinayət işi artıq başa çatıb və məhkəməyə göndərilib”, - deyə Davtyan bildirib.

Baş prokurorun sözlərinə görə, hər bir hadisənin müharibənin nəticəsinə necə təsir etdiyini qiymətləndirmək hələ kifayət qədər tezdir.

Qeyd edək ki, casusluqda ittiham olunan keçmiş hərbçinin adı açıqlanmayıb. Onunla bağlı araşdırmanın davam etdiyi bildirilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti